Azərbaycanda bankların sayı azalacaq - Ekspert

Azərbaycanda bankların sayı azalacaq - Ekspert
  20 Aprel 2017    Oxunub:1895
“Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var”.
AzVision.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq:

“Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var”.

V.Bayramov vurğulayıb ki, bankların sayının azalması prosesinin ağrısız olması üçün bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir.

AzVision.az


Teqlər: Bank  





Xəbər lenti