728 milyonluq vergi borcu silinib
Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728,083 mln. manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.
Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən, bu ilin yanvar-mart ayları ərzində edilmiş 8 013,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan maliyyə sanksiyaları üzrə borclarının 13,761 mln. manatı silinib.
AzVision.az
Teqlər: Vergi