Naxçıvanda kredit faizləri aşağı salınıb
İpoteka krediti üzrə faiz dərəcəsinin aşağısalınması "Naxçıvanbank" tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.
Bank tərəfindən kənd təsərrüfatı üzrə heyvandarlığa, arıçılığa 15 faizlə, taxılçılığa, kartof- çuluğa, bostan-tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir.
Qeyd edək ki, muxtar respublika üzrə banklar tərəfindən 2017-ci ilin yanvar-mart aylarında verilmiş kreditlərin həcmi 5 milyon 21 min manat olub. Bunun 1 milyon 252 min manatı qısamüddətli, 3 milyon 769 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Anar Kəlbiyev
AzVision.az