Ticarət festivalında 6 milyonluq alış-veriş edilib
Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nəğd qaydada qaytarılıb.
Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, “tax free” sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 000,2 min manat olan 954 elektron vergi hesab fakturası verilib.
AzVision.az
Teqlər: Bakı-Ticarət-Festivalı Vergilər-nazirliyi