Nazirdən neftin qiyməti ilə bağlı mühüm Açıqlama

Nazirdən neftin qiyməti ilə bağlı mühüm Açıqlama
  25 Aprel 2017    Oxunub:1406
"Bu ilin yanvar ayından başlayaraq, dünya bazarında neftin qiyməti 50-60 dollar arasında stabil olaraq qalır və hesab edirəm ki, bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verir"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, neftin qiymətinin stabilliyinə nail olmaq istəyiriksə, neftin hasilat səviyyəsini stabil saxlamalıyıq:

“Mayın 24-də OPEC üzvləri və kartelə daxil olmayan ölkələrin nümayəndələri bir daha toplaşacaq və Monitorinq Qrupunun hesabatı dinləniləcək. Bu hesabatdan və müzakirələrdən asılı olaraq, hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək. Lakin mən hesab edirəm ki, ötən ilin dekabr ayında qəbul edilən qərar bazara öz müsbət təsirini göstərdi. Biz görürük ki, cari ilin yanvar ayından, yəni hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın qüvvəyə mindiyi vaxtda etibarən neftin qiyməti stabil olaraq 50-60 dollar arasında qalmaqdadır. Bu, onu göstərir ki, görülmüş tədbirlər bazara müsbət təsirini göstərdi. Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmanın müddətinin uzadılmasını dəstəkləyir” - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Suriya münaqişəsi, Rusiyaya qarşı sanksiyaların tətbiqi və digər geosiyasi hadisələr dünya iqtisadiyyatına və enerji resurslarının qiymətinə təsirsiz ötüşməyib: “Bütün bu siyasi risklər neft-qaz əməliyyatlarının təhlükəsizliyini sual altına qoyub. Bu hadisələr həmçinin neftin qiymətini aşağı salıb ki, bu da Xəzəryanı ölkələrin ümumi daxili məhsul istehsalına, ümumilikdə onların iqtisadiyyatına mənfi təsir edib”.

AzVision.az



Teqlər: Azərbaycan   Neft   OPEC  





Xəbər lenti