732 milyon kompensasiya ödənilib

  27 Aprel 2017    Oxunub : 907
732 milyon kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən aprelin 25-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 202 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 58 milyon 208 min manat (ümumi kompensasiya öhdəliyinin 80 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 87 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AzVision.az-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 132 milyon 268 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 262 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 288 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 436 milyon 771 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99 faizi), kompensasiya ödəyib.

"Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 365 min manatdan artıq kompensasiya ödənişi təmin edilib. Belə ki, 7 təqvim günü ərzində ümumi kompensasiya öhdəliyinin 64,9 faizi əmanətçilərə ödənilib.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank"ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənişi təmin edilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 732 milyon 236 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

AzVision.az

Teqlər: