“Təfəkkür” universiteti bərpa olunur?

“Təfəkkür” universiteti bərpa olunur?
  04 May 2017    Oxunub:7745
“Təfəkkür” Universitetinin fəaliyyətinin bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb. İddialara görə, universitetin ləğvi prosesi dayandırılacaq və əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
“Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun sədri Sülhəddin Gözəlov AzVision.az-a bununla bağlı açıqlama verib. O, bildirib ki, belə bir məlumat doğru deyil.

“Tədris ili bitdikdən sonra universitet bütövlükdə fəaliyyətini dayandıracaq. Bu günə vəziyyət belədir. Bu müddətdə tələbələrin köçürülməsi məsələləri dəqiqləşdiriləcək”.

S.Gözəlov qeyd edib ki, hal-hazırda “Təfəkkür” Universitetinin tələbələri ilə bağlı sənədlər araşdırılır: “Aşağı kurslarda oxuyan tələbələrin ixtisasları üzrə hansı universitetlərə köçürülməsi məsələsi müəyyənləşdirilir. Həmin tələbələr əsasən özəl universitetlərə köçürüləcək. Tələbələr həmin universitetlərin eyni ixtisaslar üzrə tədris ilinə uyğun təhsil haqqını ödəyəcəklər”.

Qeyd edək ki, bu ilin yanvarın 16-da “Təfəkkür” universitetinin bağlanması haqda qərar qəbul edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təfəkkür   Universitet   Tələbə  





Xəbər lenti