"Bu il məşğulluq xidmətləri sistemi avtomatlaşdırılcaq" - Nazir
S.Müslümov diqqətə çatdırıb ki, ümumilikdə, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, əhaliyə məşğulluq xidmətlərinin də müasir əsaslar üzərində və daha səmərəli təşkili yönündə cari il ərzində lazımi tədbirlərin görülməsi təmin ediləcək.
Nazir həmçinin müasir informasiya texnologiyalarının tətbiqi ilə əhaliyə göstərilən sosial xidmətlərin təkmilləşdirilməsi, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi üçün son illərdə görülən işlərdən bəhs edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə 30-dək elektron xidmətin əhalinin istifadəsində olduğunu qeyd edən S.Müslümov 2016-cı il ərzində bu elektron xidmətlərdən 6,5 milyon dəfə istifadə edildiyini bildirib: “Ötən il ərzində “Elektron hökumət” portalında elektron xidmətlərdən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub”.
AzVision.az
Teqlər: ƏƏSMN Səlim-Müslümov