Azərbaycanda ilk dəfə məktəb ləvazimatları sərgisi keçirilib
Təqdim olunan məhsulları ölkəmizin mağazalarında satılan məhsullardan fərqləndirən əsas cəhətlər sadəcə yüksək keyfiyyət deyil. Bugün valideyinlər keyfiyyətlə yanaşı məhsulların erqonomik olmasına (ortopedik çantalar), uşaq üçün təhlükəsizliyinə, dizayn və markanın uşağın təhsilinə olan həvəsləndirici effektinə böyük diqqət yetirirlər. Bu trend sadəcə qərb ölkələri deyil, Azərbaycan üçün də artıq keçərlidir.
Sərgidə ekspertlər çıxış etdi, müştərilər məhsullar barədə rəylərini bildirdi, bu bazarda olan ümumi tendensiyalar barədə müzakirələr aparıldı, tədbirdə iştirak edən 50-dən çox şirkət və supermarket şəbəkəsi rəhbərləri məhsullarla yaxından tanış oldular. Sərgidə 2017 – ci ilin trendləri müəyyən olundu və əsasında məktəb sezonu üçün təklif olunacaq çeşidlər seçildi.
Qonaqlar və iştirakçılar tərəfindən rəhbətlə qarşılanmış tədbir şəhər restoranlarının birində keçirilən şam yeməyi ilə yekunlaşdı. Ziyafətdə qonarlar qeyri formal şəraitdə biznes müzakirələri aparmaq, yaxından tanış olmaq üçün yaranmış imkandan faydalandı. Təşkilatçılar və qonaqların ortaq rəyi ilə tədbirin daha da geniş format və məkanda hər il keçirilməsi qərara alındı.
Hamçinin sərgidə təqdim olunmuş məhsullarla istehsalçının rəsmi saytında tanış ola bilərsiniz - www.faber-castell.com
Teqlər: #Faber-Castell #Sərgi #Məktəb-Ləvazimatı