“Telekommunikasiya haqqında” qanun dəyişir

“Telekommunikasiya haqqında” qanun dəyişir
  12 May 2017    Oxunub:2127
“Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.
AzVision.az xəbər verir ki, qanuna yeni artırılan maddədə göstərilib ki, rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçilərə dair məlumatları daxil etmək, telefon nömrələrinin sabit, məftilli mobil operatorlar şəbəkəsində aktivləşdirilməsinin ərizəçiyə dair məlumatların vahid məlumat bazasında onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək provayderlərin vəzifəsidir.

Həmçinin qanunun 40.3.1 maddəsində qeyd edilib ki, müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanmalıdır. Həmin müqaviləyə abunəçinin hüquqi şəxs tərəfindən bağlandığı təqdirdə istifadə edən fiziki şəxslər fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir. Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur.

Layihə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti