Bakı-Sumqayıt qatarı iki gün pulsuz olacaq

Bakı-Sumqayıt qatarı iki gün pulsuz olacaq
  12 May 2017    Oxunub:2309
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində sərnişinlərin ödənişsiz daşınması həyata keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

AzVision.az


Teqlər: İslam-Həmrəyliyi-Oyunları  





Xəbər lenti