BDU-nun jurnalistika fakültəsinə yeni dekan seçilib

BDU-nun jurnalistika fakültəsinə yeni dekan seçilib
  12 May 2017    Oxunub:5904
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dekan vəzifəsinə yeni təyinat olub.
Universitetin mətbuat xidmətinin rəhbər Pərvanə ibrahimova AzVision.az-a bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu yeni dekan seçilib.

“Bu gün Jurnalistika fakültəsinin müəllimləri iclas keçirdi və Vüqar Zifəroğlu yeni dekan seçildi. Cahangir Məmmədli isə bu günə qədər dekan əvəzi funksiyasını yerinə yetirirdi. Artıq o, yenidən fakültənin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri vəzifəsinə qayıdıb”.

Qeyd edək ki, bundan öncə Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev olub. O, səhhəti ilə əlaqədar vəzifəsindəm imtina edib.

Aytən Zəhra
AzVision.az




Teqlər: BDU   Jurnalistika  





Xəbər lenti