Müəllimlərin maaşı artırıldı
Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri olan tədris məşğlələrini aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 5,75 (hazırda 5,20 manat), dosent, fəlsəfə doktoru üçün 4,15 (hazırda 3,75 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 (hazırda 2,55 manat ) müəyyən edilib.
Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə dərs deyən professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 6,95 (hazırda 6,30manat), dosent, fəlsəfə doktoru üçün 4,85 ( hazırda 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,20 (hazırda 2,90 manat) olacaq.
Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur. Bu qərar imzalandığı gündən qüvvəyə minib.
Aytən Zəhra
AzVision.az