Sülh Platformasının Rusiya üzrə sülh səfiri təyin edilib

Sülh Platformasının Rusiya üzrə sülh səfiri təyin edilib
  12 May 2017    Oxunub:1598
Bu gün Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan Udmurtiya Respublikasının (Rusiya Federasiyası) deputatı Elgiz Haciyev arasında görüş keçirilib.
Sülh Platformasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Sülh Platformasının gələcək planları müzakirə olunub. O. Nəbiyev Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru E. Hacıyevə Sülh Platforması ilə əməkdaşlığa görə minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platforması ilə ümumi əməkdaşlığına dair razılıq əldə olunub. E. Hacıyev Platformanın fəaliyyətini dəstəklədiyini, bu sahədə öz imkanlarını səfərbər edəcəyini vurğulayıb.

Görüşün sonunda həmkoordinatorlar E. Haciyevı Sülh Platformasının Rusiya Federasiyası üzrə “Sülh səfiri” elan ediblər.

AzVision.az


Teqlər: Sülh-Platforması   Qarabağ  





Xəbər lenti