Prokurorluq təmsilçiləri Bolqarıstanda olub
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı institusional və qanunverici tədbirlər, o cümlədən “ASAN” xidmət və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra nümayəndə heyəti Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin rəhbəri Dimitar Georgiyev ilə görüşmüşlər. Xidmətin fəaliyyəti barədə məlumat verən D.Georgiyev xidmət əməkdaşlarının korrupsiyaya qarşı mübarizə üzrə yaradılmış xüsusi işçi qrupunun işində əməliyyat-axtarış səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə iştirak etdiklərini bildirib.
Azərbaycan nümayəndə heyəti 2011-ci ildən dövlət başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradəsinin təcəssümü kimi ixtisaslaşmış anti-korrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış səlahiyyətlərinin verildiyini, bu qabaqcıl təcrübənin mötəbər beynəlxalq təşkilatlar tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edildiyini qeyd edib.
Səfər çərçivəsində Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin əməkdaşlarının cəlb edildiyi “Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi işçi qrup”unda, Bolqarıstanın ağır cinayətlər, terrorçuluğa qarşı mübarizə üzrə ixtisaslaşmış prokurorluğunda, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması üzrə komissiyasında görüşlər keçirilməklə cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.
Səfərin sonunda nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo şəhərinə gedərək Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunu ziyarət edib. Keçirilən görüşlərdə ölkəmizin Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak edib.
AzVision.az
Teqlər: BaşProkurorluq ASANxidmət