“TANAP-ın istifadəyə verilməsinə nail olacağıq” – İlham Əliyev

“TANAP-ın istifadəyə verilməsinə nail olacağıq” – İlham Əliyev
  18 May 2017    Oxunub:2797
“Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra edilir. Hal-hazırda digər layihələr üzərində biz işkləyirik və Heydər Əliyev yarımdalma qazma qurğusu da çox perspektivli olan “Abşeron" qaz kondensat yatağında işləyəcək və əminəm ki, tezliklə, bir neçə ilə “Abşeron” yatağından da biz yaxşı nəticələr görəcəyik”.
AzVision.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib.

Onun sözlərinə görə, digər perspektivli layihələr də gündəlikdədir: “ “Ümüd”, artıq orada işlər gedir. “Babək” layihəsi, “Qarabağ” layihəsinə yenə də xarici şirkətlər maraq göstərir. Vaxtilə kontrakt imzalanmışdı. Sonra ona xitam verildi. Ancaq, indi biz bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni, bütün bu işləri biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin.

O ki, qaldı icra edilmiş neft layihələrinə, indi onların hamısı icra edilir. “Bakı-Tbilisi-Ceyhan” 11 ildir ki, fəaliyyət göstərir. “Cənub Qaz Dəhlizi” uğurla icra edilir. Əminəm ki, vaxtı-vaxtında bu layihənin də icrasına biz nail olacağıq. Hər halda gələn il bu layihənin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini biz qeyd etməliyik və buna biz əminəm ki, nail olacağıq.

Mən bu gün, eyni zamanda xarici tərəfdaşlarla bizim əməkdaşlığımızı qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam əməkdaşlıq üzərində qurulubdur. Həm investor şirkətləri, həm kontrakt şirkətləri Azərbaycada uğurla fəaliyyət göstərir”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: İlham-Əliyev   TANAP  





Xəbər lenti