Turizmin inkişafı ilə bağlı yeni layihə

  19 May 2017    Oxunub : 659
Turizmin inkişafı ilə bağlı yeni layihə

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası tərəfindən "Müasir İpək Yolu" tur-paketinə start verilib.

AzVision.azxəbər verir ki, tur-paket turizm sahəsində əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və paketə Türkiyədən başlayaraq Azərbaycan, Qazaxıstan və Qırğızıstana səfər daxildir.

Mayın 12-dən media nümayəndələri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri, hər ölkədən turizm şirkətlətlərinin təmsilçilərindən ibarət ikinci sınaq turu başlayıb.

Bu gün Bakıda tur-paketin Azərbaycanla bağlı olan mərhələsinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Mərasimdə çıxış edən Əməkdaşlıq Şurasının nümayəndəsi Ceyhun Şahverdiyev bildirib ki, turizm sahəsində əməkdaşlıq razılaşması 4 ölkə başçısının 2014-cü ildə Bodrum görüşündə əldə olunub. Onun sözlərinə görə, layihə üzərində 3 ilə yaxın müddətdə iş aparılır:

"İkinci sınaq turu mayın 5-də başa çatıb. 4 ölkəyə 14 gün ərzində səfər ediləcək. Layihə gəlir layihəsindən çox bu ölkələrin dünyaya, bir-birilərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır. Layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır və Qazaxıstanda bitir. 2023-cü ilə kimi 1 milyondan artıq turistin bu paketdən yararlanması nəzərdə turulur".

Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və İnkişaf şöbəsinin müdiri Mahir Qəhrəmov qeyd edib ki, nazirlik bu layihəyə əvvəldən dəstək verib və bundan sonra da davam edəcək: "Layihə mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verəcək".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Turizm