Dörd ayda 2,4 milyon ton neft hasil edilib

12:54   19 May 2017    Oxunub: 292
Dörd ayda 2,4 milyon ton neft hasil edilib

Ötən dörd ay “Azneft” İstehsalat Birliyində iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın təmin edilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görülüb.

“Azneft” İstehsalat Birliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-aprel ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib. Eyni zamanda, “Azneft” İstehsalat Birliyi kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb. 2017-ci ilin dörd ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 2 milyon 39,9 min ton neft hasil edilib. Cari ilin ötən dörd ayı ərzində 1 milyard 693 milyon 136 min kubmetr qaz hasil edilib. Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən dörd ay da uğurla davam etdirilib. Belə ki, ötən dörd ay ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 10573 ton əlavə neft hasil edilib.

Ötən dörd ayda fəaliyyətsiz quyu fondundan 19 quyu planlaşdırıldığı halda, faktiki olaraq 39 quyu istismara qaytarılıb. Bu quyulardan 10385 ton neft alınıb. Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 209 geoloji tədbir keçirilib, nəticədə 44900 ton neft hasil edilib ki, bu da plana qarşı 42 tədbir çox və 17770 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 13274 ton plana qarşı 17225 ton neft hasil edilib.

AzVision.az

Teqlər: Azneft    




Rubrikanın digər yazıları