"Sarkisyan hakimiyyətdə qala bilməz" - Deputat

"Sarkisyan hakimiyyətdə qala bilməz" - Deputat
  19 May 2017    Oxunub:1557
Ermənistan prezidenti parlamentdə Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlama ilə çıxış edib. Lakin ATƏT-in Minsk Qrupu həmsədrləri buna heç bir əhəmiyyət vermədən atəşkəs haqqında standart bəyanat yayıb. Cəbhədə də vəziyyətin gərgin olduğu bir zamanda məsələyə həmsədrlərin laqeyd münasibəti nədən qaynaqlanır?
Məsələ ilə bağlı AzVision.az-a açıqlamasında millət vəkili Sahib Alıyev bildirdi ki, Ermənistan prezidenti ya milli maraqlardan çıxış etməlidir, ya şəxsi maraqlardan, ya da tabe olduğu güclərin marağından: “Erməni xalqının marağı Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tələb edir. Sərkisyan bunu nəzə almaq istəmirsə, demək gündə cəbhədə itkilər verən, təcriddə saxlandıqları üçün dilənçi kökündə olan xalqının maraqlarını yox, özünün və Dağlıq Qarabağ münaqişəsindən geosiyasi məqsədlər üçün faydalanan güclərin maraqlarından çıxış edir. Münaqişə həllini taparsa, məhz onun dalğasında indiki mövqeni tutan Sərkisyan kimisi hskimiyyətdə qala bilməz”.

“Və münaqişə həllini tapsa, onun qulluğunda durduğu güclərin region üzərində təsir rıçaqlarından biri əldən çıxmış olur. Göründüyü kimi maraqlar üst-üstə düşür. Minsk qrupuna həmsədrlik edənlərin susqunluqları da məhz bununla bağlıdır”- deyə S.Alıyev vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   ATƏT   Dağlıq-Qarabağ  





Xəbər lenti