Neftin qiyməti dəyişib

Neftin qiyməti dəyişib
  23 May 2017    Oxunub:1057
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar bahalaşaraq 50,73 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar ucuzlaşaraq 53,60 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar bahalaşaraq 54,72 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti