Neft Fondunun xərcləri 84,6 faiz icra olunub
Fondun xərclərinin 7615,0 milyon manatı və ya 84,6 faizi dövlət büdcəsinə transfertə, 1387,0 milyon manatı və ya 15,4 faizi ölkəmizdə və xaricdə bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə yönləndirilib - (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi, Azərbaycan gənclərinin xarici ölkələrdəki təhsilinin maliyyələşdirilməsi, “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi, “Star” neft emalı kompleksinin tikintisinin maliyyələşdirilməsi).
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Neft-Fondu