Azərbaycanda idxal-ixrac azalıb
Qeyd olunub ki, ixrac əməliyyatlarının həcmi 9143,3 mln. ABŞ dolları təşkil etməklə əvvəlki ilə nisbətən 28,2%, idxal əməliyyatlarının həcmi isə 8532,4 mln. ABŞ dolları olmaqla müvafiq olaraq 7,4% azalıb. İxracın 86,2%-ni xam neft, təbii qaz və neft məhsulları təşkil edib. Neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi xam neft və neft məhsullarının həcminin azalmasını şərtləndirib.
Ümumiyyətlə, ixracın həcmi 2016-cı ildə 2015-ci illə müqayisədə 28,2%, 2014-cü illə müqayisədə 48,0% azalıb. Qeyri-neft ixracının həcmi ötən ildə cəmi 1230 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2015-ci ildə 1588,7 mln. ABŞ dolları olmuş, beləliklə, 2016-cı ildə azalma əvvəlki illə müqayisədə 23,0% təşkil edib. İdxalın strukturunun təhlili idxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin 23,6% paya malik olduğunu göstərir. Xüsusi çəkisi böyük olan daha bir qrup yeyinti məhsullarıdır. 2015-ci ildə baş verən iki devalvasiya və ötən ildə manatın dəyərsizləşməsinin davam etməsi idxalda bir sıra məhsulların, xüsusilə yeyinti məhsullarının idxalının dəyər ifadəsinə də təsir edib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: İdxal-İxrac