Azərbaycanın reytinqi sabit qaldı

Azərbaycanın reytinqi sabit qaldı
  27 May 2017    Oxunub:1324
26 may 2017-ci il tarixində “Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqlərini növbədənkənar qiymətləndirmə çərçivəsində dəyişməyərək müvafiq olaraq 'BB+/B' səviyyəsində saxlayıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, növbədənkənar qiymətləndirmənin keçirilməsinin səbəbi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilərək bir hissəsinin dövlətin suveren öhdəliklərinə ötürülməsi ilə bağlı planın açıqlanması olub.

“Standard and Poor’s”un mütəxəssisləri bəyan edib ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin xarici borcunun ÜDM-ə nisbətdə artımı cari ilin yanvar ayında agentlik tərəfindən ölkə reytinqinin qiymətləndirilməsində nəzərə alındığından ölkənin suveren reytinqinə təsir etmir.

Maliyyə Nazirliyindən bildirilib ki, “Standard and Poor’s” tərəfindən Azərbaycanın beynəlxalq reytinqinin dəyişməz olaraq saxlanılması ABB-nin xarici borclarının restrukturizasiyası planının ölkənin beynəlxalq reytinqinə mənfi təsir göstərəcəyi və yeni borclanmalar üzrə faiz dərəcələrinin artacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu sübut edir.

AzVision.az


Teqlər: Reytinq   Kredit  





Xəbər lenti