Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində
Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə- Avropa Birliyi kimi məsələlərə də toxunulması nəzərdə tutulur.
Sammitdə eyni zamanda dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda talantlı gənclər ilə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. 3 gün davam edəcək görüşdə eyni zamanda bu ilin iyul ayında Hamburq şəhərində təşkil edləcək G20 ölkələrinin liderlərinin iştirak ilə keçiriləcək sammitində beyin mərkəzlərinin töhvəsi məsələləri də müzakirə mövzusu olacaq.
Vüqar Bayramov bildirib ki, sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edəcək və eləcə də bir sıra panellər üzrə öz fikirlərinin bölüşdürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, G20-ə hal-hazırda Almaniya sədrlik edir.
AzVision.az
Teqlər: G20