“Qərbi Abşeron” yatağı üçün yeni platforma tikilib
4 minik və 7 yanalma meydançası, kabel xidmət meydançası, yaşayış bloku, 9 aralıq seksiyası, 2 piyada körpüsü, eləcə də çirkab suları üçün 9 müxtəlif tutumlu çən, 4 lafet doru, 2 boruyığma meydançası və digər zəruri avadanlıqlar quraşdırılıb, svaylar vurularaq sementlənib. Qaynaq və bərkitmə işləri başa çatdırılıb, platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib.
Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşən platformada qazılacaq quyuların hər birindən sutkada 10-20 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.
AzVision.az
Teqlər: SOCAR