Dövlət borcu ilə bağlı strategiya hazırlanır
S.Şərifov qeyd edib ki, cari ilin büdcəsində özəlləşmə ilə bağlı vəzifələr qoyulub: "Lakin sosial sektorun problemlərini də nəzərə almalıyıq".
Nazir, həmçinin vurğulayıb ki, səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərarlar verilib: “Bu sahədə böyük işçi qüvvəsi var. Bu sahənin özəlləşməsinə daha həssas yanaşılmalıdır. Mingəçevir və Yevlaxda İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə uğurla həyata keçirilir. Layihə mərhələli şəkildə digər regionaları da əhatə edəcək”
Nazir siyasi partiyalara vəsaitin ayrılması məsələsinə də toxunub və bildirib ki, vəsait qanuna müvafiq ayrılıb və burada hər hansı problem yoxdur.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Samir-Şərifov Maliyyə-Nazirliyi