BP Azərbaycanda neft hasilatını azaldıb
Baş icraçı direktor əlavə edib ki, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldımasına dair əldə olunan razılaşmaya əsasən BP də istehsalı azaldıb: "Biz hasilatı azaldan "Rosneft" şikrətinin səhmdarıyıq. Bununla yanaşı, biz Azərbaycanda, Yaxın Şərq ölkələrində, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində hasilatı azaltmışıq. Böyük ehtimalla, İraqda da hasilatı azaldacağıq. Düzdür, hasilatın azaldılması bizə təsirsiz ötüşməyib, lakin azalma ciddi deyil. Qiymətlərin razılaşma əldə olunan müddətdən əvvəlkilərdən çox olması da bir növ hasilatın azaldılmasını kompensasiya edir". (APA)
AzVision.az
Teqlər: BP Azərbaycan Neft