Azərbaycana görə Türkiyədə qaz ucuzlaşacaq
V.Əliyev əlavə edib ki, “TANAP” fəaliyyətə başladıqdan sonra Türkiyədə qazın qiymətləri ucuzlaşacaq: “Azərbaycan qazı hər zaman ucuzdur”.
SOCAR rəsmisi, həmçinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar “SOCAR” və “Petkim”də aparılan əməliyyatlardan söz açıb: “Bu araşdırmalar şirkətə deyil, insanlara qarşı aparılıb. Radikal qrupların dövlətə təsir etməsinin qarşısı alınacaq”.
O, əlavə edib ki, SOCAR Petkim yarımadasında (İzmir, Türkiyə) yeni neft-kimya məhsulları istehsalı üçün investisiya layihəsi üzərində çalışır. Yeni neft-kimya müəssisəsinin yaradılmasının investisiya dəyəri təxminən 3 mlrd. dollar ola bilər:
“Bu layihə üçün Türkiyə hökuməti ilə müzakirələr aparılır və hökumət bu investisyanı müsbət qarşılayır. Yeni təsis “ikinci Petkim” ola biləcək. İnvestisiyanın dəyəri hələlik dəqiq deyil, amma təxminən 3 mlrd. dollar ola bilər. “Petkim” kompleksində yeni həcm artımı üçün yer qalmayıb. Yeni layihə “Petkim” kompleksinin yanında olmalıdır. Bu layihənin “Strateji investisiya” çərçivəsində qiymətləndirilməsi üçün hökumətlə müzakirələr aparırıq. Bu, bizə böyük avantaj verəcək”.
İlkin Nəcəfzadə
AzVision.az