Sahibkarlara 40 milyon kredit verilib

Sahibkarlara 40 milyon kredit verilib
  08 İyun 2017    Oxunub:1261
Bu ilin ötən dövrü ərzində 521 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 mln. manat güzəştli kredit yönəldilib.
AzVision.az İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) istinadən xəbər verir ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1 500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Qeyd edək ki, 2017-ci ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 70 milyon manat vəsait nəzərdə tutulub.

AzVision.az


Teqlər: sahibkar  





Xəbər lenti