Əhalinin gəlirləri artıb
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 6335,7 milyon manat vəsait daxil olub, büdcədən 6724,1 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 388,4 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,5 faizi səviyyəsində olub.
Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il may ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15453,5 milyon manat təşkil edib, onun 12038,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2016-cı il may ayının 1-i ilə müqayisədə 17,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,3 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il may ayının 1-nə 6873,2 milyon manat təşkil edib. May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,75 manata), 1 Avroya – 1,88 manata (1,88), 100 Rusiya rubluna – 2,98 manata (3,01) bərabər olub.
Aytən Zəhra
AzVision.az