“NAZ-Lifan”a təlabat artıb

“NAZ-Lifan”a təlabat artıb
  24 İyun 2017    Oxunub:3442
Naxçıvan Avtomobil Zavodunda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda zavodda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir.
AzVision.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, avtomobilin müəyyən hissələrinin Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur. Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: NAZ-Lifan   Naxçıvan  





Xəbər lenti