Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi - Yeni təyinatlar
AzVision.az xəbər verir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib. Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.
Eyni zamanda Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov da vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, o, nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb.
3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi