“ADY Express” MMC beynəlxalq keyfiyyət nişanı aldı
“İSO 9001-2015” sertifikatı, İSO keyfiyyət nişanları arasında ən sonuncusu və müasiridir. Bu versiya idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tututr. “İSO 9001-2015” sertifikatını almaq üçün şirkət bir sıra mühüm qərarlar qəbul edərək onun icrasını təmin etmişdir. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyəti prosesinin təkmilləşdirilməsi, daxili audit sisteminin formalaşdırılması və daxili audit kadrlarının yetişdirilməsi və s. daxildir.
“İSO 9001-2015” effektiv menecment təcrübəsi, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir. Bundan başqa, bu sistem şirkətin yüksək keyfiyyətli xidmətlər təklif etməsi və bu xidmətlərə görə məsuliyyət daşıması barədə müştərilərə obyektiv məlumat təqdim edir. Bu standart, diqqəti ilk növbədə və hər zaman keyfiyyətli işlər görməyə yönəltməkdə köməklik göstərir.
“İSO 9001-2015” sertifikatı “ADY Express” şirkətinin etibarlı tərəfdaş olduğunun göstəricisi olmaqla yanaşı, nəqliyyat və loqistika sahəsində keyfiyyətli xidmətlər göstərdiyini təsdiq edir.
Teqlər: