Naxçıvandan 100 faizlik göstərici
Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.
Qeyd olunub ki, iyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 644 min kilovatsaat elektrik enerjisinin dəyəri 3 milyon 225 min 200 manat olub, cəmi 3 milyon 225 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.
Digər bir məlumata görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 99,4% nəticə ilə yerinə yetirilib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Naxçıvan Qaz İşıq Kommunal