Əli Əhmədov Dünya Bankının ekspertləri ilə görüşüb
Dünya Bankının Tütünə nəzarət üzrə qlobal proqramının koordinatoru Patricio V. Marquez və digər ekspertlər bir çox ölkələrdə tütün məmulatları vergisinin artırılmasının həm dövlət, həm də istehlakçılara fayda verdiyini qeyd edərək bunun yüksək gəlirlərə və səhiyyə üzrə müsbət nəticələrə yol açdığını bildirib.
Baş nazirin müavini Əli Əhmədov bu təşəbbüsün qonşu ölkələrin təcrübələrini və beynəlxalq praktikanı nəzərə almaqla dəyərləndiriləcəyini vurğulanıb.
AzVision.az
Teqlər: Əli-Əhmədov