"Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr qaz ixrac olunacaq"- Ərdoğan
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Ərdoğan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən danışıb.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin və “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan digər ölkələrin siyasi iradəsi bu layihənin icrasında olduqca əhəmiyyətlidir:
““Şahdəniz-2” layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək”.
AzVision.az
Teqlər: İlham-Əliyev Türkiyə Ərdoğan