Neftin qiyməti qalxa bilər - Rusiyalı nazirdən proqnoz

Neftin qiyməti qalxa bilər - Rusiyalı nazirdən proqnoz
  11 İyul 2017    Oxunub:1851
Üçüncü rübdə dünya bazarında neftə tələbat arta bilər və bu rüb neft bazarı üçün səciyyəvi olacaq.

AzVision.az xəbər verir ki, bu fikri Rusiyanın energetika naziri Aleksandr Novak “CNBC” telekanalına müsahibəsində deyib.
“Vəziyyəti izləmək, onun necə inkişaf etdiyinə baxmaq lazımdır. Əminik ki, üçüncü rüb səciyyəvi olacaq. Bu dövrdə tələbat artacaq ki, bu da hasilatı sutkada 1,8 milyon barrel azaltmağa imkan verəcək”, - deyə A.Novak qeyd edib.

Nazirin sözlərinə görə, qiymət böhranı hələ ki, aradan qalxmayıb, lakin neft hasilatının azaldılması barədə razılaşma özünü neft bazarında göstərib.

AzVision.az


Teqlər: Neft   Rusiya   Nazir   Novak  





Xəbər lenti