Regionlarda internetin sürəti artırılacaq

Regionlarda internetin sürəti artırılacaq
  11 İyul 2017    Oxunub:1496
“Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır.

Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır. Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər. Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

AzVision.az


Teqlər: NRYTN  





Xəbər lenti