MİDA-nın 2-ci layihəsinin baş planı hazırlanıb

MİDA-nın 2-ci layihəsinin baş planı hazırlanıb
  13 İyul 2017    Oxunub:1264
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan və Nazirlər Kabinetinin 22.02.2017-ci il tarixli sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 ha torpaq səhəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb.
Bu barədə MİDA-nın 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.

Qeyd olunub ki, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

AzVision.az


Teqlər: MİDA  





Xəbər lenti