“Neft Daşları”nda yeni quyu istismara verilib

  14 İyul 2017    Oxunub : 930
“Neft Daşları”nda yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Azneft” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1210-1205 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

AzVision.az

Teqlər: Azneft   Neft-daşları