"SGS Azeri LTD"nin akkreditasiyası ləğv edilib

"SGS Azeri LTD"nin akkreditasiyası ləğv edilib
  17 İyul 2017    Oxunub:2754
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında inspeksiya nəzarəti həyata keçirib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, inspeksiya nəzarəti nəticəsində “SGS Azeri LTD”-nin inspeksiya orqanının qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin 2017-ci ilin aprelin 30-dək dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “SGS Azeri LTD” MMC-nin sınaq laboratoriyaları AZS İSO/İEC 17025-2009 standartı, həmçinin müəssisənin inspeksiya orqanının AZS İSO/İEC 17020-2008 standartının tələblərinə uyğunluğu təkrar qiymətləndirilib.

Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq “SGS Azeri LTD” MMC-nin qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyalarının, həmçinin inspeksiya orqanının akkreditasiya attestatları ləğv edilib.

AzVision.az


Teqlər: Standartlaşdırma   Dövlət-Komitəsi  





Xəbər lenti