“Azərbaycanla ticarət dövriyyəsi aşağı düşüb” - Bülənt Tüfənkçi
Nazir bildirib ki, ötən il baş verən dövlət çevrilişi cəhdinə baxmayaraq Türkiyə iqtisadiyyatında 2.9 faiz artıq qeydə alınıb: “İlin əvvəlindən də Türkiyə iqtisadiyyatında artım qeydə alınır və bizim proqnozlarımıza görə bu göstərici ilin ikinci və üçüncü rübündə də artacaq. Azərbaycana turist səfərlərinin artırılması da gündəmdədir”.
B.Tüfenkçi həmçinin Müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyindən, Azərbaycanın Türkiyə ilə gömrük keçid məntəqəsində aparılan modernləşdirmə işlərindən danışıb: “İpək Yolu bu coğrafiya üçün tarixi əhəmiyyətə malikdir. Bu gün birbaşa yatırımların səviyyəsinə görə də Türkiyə Azərbaycan iqtisadiyyatında ilk yerlərdə qərarlaşıb”.
Eldar Tanrıverdiyev
Foto:Elvin Abdulla
AzVision.az
Teqlər: Türkiyə Azərbaycan DGK