Agentlik direktoru yanan xəstəxanaya gəlib

Agentlik direktoru yanan xəstəxanaya gəlib
  27 İyul 2017    Oxunub:1616
Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı yanğın söndürülüb, xəsarət alan olmayıb. Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hadisə yerindədir.
Bu barədə AzVision.az-a Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb.

“Yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti