Əmanətçilərə 747 milyondan çox pul verilib
31 iyul tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 mln. 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 72 mln. 196 min manat (ümumi kompensasiya öhdəliyinin 99,3%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 788 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 88 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 138 mln. 31 min manatdan artıq kompensasiya verilib.
İyulun 31-nə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 351 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-dən), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 355 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 437 mln. 608 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,2%-i əmanətçilərə ödənilib.
İyulun 31-nə "Yunayted Kredit Bank" ASC-də qorunan əmanətlər 1 mln. 807 min manatdan artıq və (86%) manatı artıq kompensasiya edilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 458 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 mln. 658 min manatdan artıq kompensasiya ödənilib.
AzVision.az