İndoneziyalılar Bakıda yürüş keçirəcəklər

Səfir qeyd edib ki, 9-11 sentyabr tarixlərində İndoneziya Mədəniyyət günləri keçiriləcək: "Festivalın açılışı Heydər Əliyev sarayında keçiriləcək. Açılış mərasimində prezident İlham Əliyev və ya birinci vitse-prezident Mehriban Əliyevanın iştirak edəcəyi gözlənilir".
Səfir, həmçinin qeyd edib ki, sentyabrın 10-da mədəniyyət günləri ilə bağlı Bakı bulvarında yürüş keçiriləcək. Fenanienin sözlərinə görə, Bakıya gələcək nümayəndə heyətinin tərkibində biznesmenlər də olacaq və sentaybrın 11-də Azərbaycan və İndoneziyalı iş adamları arasında biznes görüş də keçiriləcək.
Qeyd edək ki, bu, sayca Azərbaycana keçiriləcək ikinci İndoneziya Mədəniyyət Festivalı olacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: İndoneziya Səfirlik