Diqqətli olun! - Bakıda saxta aviabiletlər satılır
Müraciətdə bildirilir ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif edib, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıblar.
“AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır. Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunub: https://www.azal.az/az/article/31082015 “, - deyə müraciətdə vurğulanıb.
AzVision.az
Teqlər: AZAL