“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır
  07 Avqust 2017    Oxunub:1715
“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

AzVision.az


Teqlər: Neft-daşları  





Xəbər lenti