Azexport Azərbaycan mallarını Amazona çıxarır

Azexport Azərbaycan mallarını Amazona çıxarır
  08 Avqust 2017    Oxunub:3685
Azexport Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Azexportun Amazon-la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan oldu.

Amazon FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları Azexporta (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.

Qeyd edək ki, Amazon.com dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. Azexport portalı həmçinin Alibaba, e-Bay və Allbiz kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.

AzVision.az


Teqlər: Azexport   Amazon  





Xəbər lenti