Kirayə mənzil bazarında ev tapılmır - Qiymətlər bahalaşacaq (VİDEO)

  10 Avqust 2017    Oxunub : 865
Kirayə mənzil bazarında ev tapılmır - Qiymətlər bahalaşacaq (VİDEO)

Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir. Lakin ekspertlər sentyabr ayından Bakıda evlərin qiymətinin kəskin bahalaşacağını deyirlər.

AzVision.az Xəzər TV-yə istinadən xəbər verir ki, rieltorlar tələbatın daha çox köhnə tikililərə olduğunu deyirlər.

Alqı-satqı ilə yanaşı kirayə verilən mənzillərdə də qiymətlərin ötən aylara və illərə nisbətən artacağı gözlənilir. Bakının bəzi rayonlarında isə indidən kirayə mənzil qıtlığı yaranıb.

Hazır mənzil bazarından fərqli olaraq torpaq alqı-satqısında durğunluq yaşanır. Qiymətlərin artacağı gözlənilmir.



AzVision.az

Teqlər: Kirayə   Mənzil