Azərbaycan 3,4 milyard dollarlıq məhsul idxal edib
Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı (Aİ), 13,6 faizi MDB üzvü, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5,0 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4,0 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.
AzVision.az
Teqlər: